Türkiyədə azərbaycanlı iş adamının villasında MEYIT TAPILDI - VİDEO

12-11-2018, 10:09           
Türkiyədə azərbaycanlı iş adamının villasında MEYIT TAPILDI - VİDEO
Türkiyədə azərbaycanlı iş adamının bağ evində bağban işləyən şəxs quyuya düşərək ölüb.
İstanbulun Sarıyer rayonunda Azərbaycanlı iş adamının malikanəsində bağban kimi çalışmış 57 yaşlı Rəcəb Çelikerin cəsədi su quyusundan tapılıb.
Noyabr ayının 9-dan itkin düşən Rəcəb Çelikerin cəsədi Azərbaycanlı iş adamın bağının quyusunda tapılıb. Cəsəd orada çalışan mühafizəçi tərəfindən aşkarlanıb. Hadisə yerinə həmçinin Çelikerin həyat yoldaşı və yaxınları gəlib və onlar gözyaşlarına hakim ola bilməyiblər.
Dərhal hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Xilasetmə əməkdaşlarının səyi nəticəsində cəsəd quyudan çıxarılaraq, morqa göndərilib.
Qeyd edək ki, malikanə Azərbaycanlı iş adamına məxsus olduğu deyilsədə, adı açıqlanmır.( Unikal.org)














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru