Türkiyəyə səyahət turları ciddi şəkildə bahalaşacaq
13-11-2018, 09:39
Qiymətlərin yüksəlməsinin digər bir səbəbi Türkiyədə yerli valyutanın devalvasiyaya uğramasıdır
Türkiyəyə səyahət turları 30 faiz bahalaşa bilər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Turoperatorlar Assosiasiyanın direktoru Mayya Lomidze bildirib.
Onun sözlərinə görə, Türkiyəyə göndərişlərin qiymətinin bahalaşmasına səbəb Rusiya tur şirkətləri üçün hotel qiymətinin baha olmasıdır. Eyni zamanda, qeyd edilir ki, tur-göndərişə daxil olan digər xidmətlər, o cümlədən uçuş qiyməti də bahalaşa bilər.
Bununla yanaşı, bu ilin sonunda otellər tələbatı stimullaşdırmaq üçün 2017-ci ildə verdikləri endirimlərdən imtina edəcəklər. Qiymətlərin yüksəlməsinin digər bir səbəbi isə Türkiyədə yerli valyutanın devalvasiyaya uğramasıdır.
Artlq "İnturist", "Peqas Turistik" və TezTour kimi aparıcı şirkətlərin saytlarında mehmanxanaların qiyməti 10-15 faiz qaldırılıb.
Oktyabr ayında "Coral Travel" şirkətinin kommersiya direktoru Ercument Unalan Türk otellərindəki otaqların qiymətlərinin gələn il yenidən yüksələcəyini proqnozlaşdırmışdı. Ancaq o, turistləri sakitləşdirmək üçün qeyd etmişdi ki, hotel sahibləri "hər şey daxil" sistemində qonaqlara xidmət verməkdən imtina etməyəcək.