Yunan polisi miqrantları döydü - Çılpaq halda Türkiyəyə göndərdi

13-11-2018, 16:02           
Yunan polisi miqrantları döydü - Çılpaq halda Türkiyəyə göndərdi
Yunan polisi ölkələrinə qeyri-qanuni yollarla daxil olan Yəmən və Fələstinli bir qrup miqrantı saxladıqdan sonra döyüb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, onlar miqrantların üzərindəki geyimləri çıxararaq Türkiyəyə göndəriblər.

Hadisə ötən gün baş verib. Edirne şəhərinin sakinləri miqrantlara yardım edib və öz paltarlarını geyindirərək, polisə təslim edib.

"Miqrantlar Yunanıstanda saxlanıldıqdan sonra döyülərək Türkiyəyə göndərilib. Hamısının kürəkləri və bədənlərində qançır izləri var idi Nə olduğunu soruşduqda yunan polisinin döydüyünü dedilər. Biz geyim verdikdən sonra polisə xəbər verdik", - deyə kənd sakinlərindən biri söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru