İsrail Türkiyədən gələn turist axınının qarşısını almaq istəyir

13-11-2018, 16:21           
İsrail Türkiyədən gələn turist axınının qarşısını almaq istəyir
İsrail Qüdsə səfər etmək istəyən Türkiyə turistlərinin sayını azaltmaq niyyətindədir. SalamNews-un verdiyi xəbərə görə, bu barədə "Anadolu"ya səyahət agentliyinin sahibi Mehmet Esmer açıqlama verib.

Esmer İsrailin Türkiyə vətəndaşları üçün viza rejimini sərtləşdirdiyini qeyd edib. Onun sözlərinə görə, Türkiyə, İsraildən fərqli olaraq, bu məsələdə tolerantlıq nümayiş etdirir.

"İsrail vətəndaşı hər zaman və istədiyi müddətə Türkiyəyə səfər edə bilər. Ancaq Türkiyə vətəndaşları İsrailə səfər etmək üçün viza almalıdır və bəzi qaydalara riayət etməlidirlər. Dörd ay əvvəl dörd qrupun səfəri üçün 60 min dollar beh verdim və hələ də bu pulları geri ala bilmirəm. İsrail Daxili İşlər Nazirliyi də səssizliyini qoruyur. Əllərimiz bağlıdır. Bəzən ayda üç və ya dörd tur təşkil edilir və bu, boyük miqdarda vəsait deməkdir ", - Esmer bildirib.

Onun sözlərinə görə, bir çox turizm agentlikləri hələ də depozitləri geri ala bilməyib.

Esmer İsrailin, turistlərə bəzi yerlərdə video və fotoşəkil çəkməyi qadağan etdiyini də qeyd edir.

"Eyni zamanda, bu cür məhdudiyyətlər yalnız Türkiyə vətəndaşlarına aiddir. Dünyanın digər yerlərindən gələn turistlər sərbəst olaraq Qüdsə gəlir və bu cür məhdudiyyətlərlə üzləşmirlər. Bütün bu addımlar Türkiyədən gələn turist sayının azaldılmasına yönəlib ", - Esmer bildirib.

Onun sözlərinə görə, türklərin Qüdsə maraqları ildən ilə artır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.