Almaniya Çindən uyğur məsələsində şəffaf olmağı tələb edib

14-11-2018, 00:00           
Almaniya Çindən uyğur məsələsində şəffaf olmağı tələb edib
Almaniyanın xarici işlər naziri Hayko Maas Çində “müsəlmanların yenidən tərbiyələnməsi düşərgəsi”ndə olduqdan sonra bəyanatla çıxış edib.

“Report” xarici KİV-ə istinadla xəbər verir ki, o, rəsmi Pekini Sintezyan-Uyğur Muxtar Rayonunda müsəlmanların hüquqlarının pozulması, uyğurların məsələsində şəffaflığa əməl etməyə çağırıb.

“Biz yenidən tərbiyələnmə düşərgələrinin mövcudluğunu qəbul edə bilmərik. Vəziyyəti dəyərləndirmək üçün biz daha çox informasiya əldə etməliyik”, – H.Maas Çin baş nazirinin müavini Lyu Xe ilə görüşdən sonra vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl britaniyalı diplomatlar Sintezyan-Urumçu rayonuna səfər edib, çoxsaylı hesabatlarda müsəlmanlar üçün düşərgənin olduğu barədə informasiyanı təsdiqləyiblər. Britaniyanın xarici işlər naziri Ceremi Hant Çində həmin düşərgəni gördüklərini Krallığın parlament üzvləri qarşısında çıxışında bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru