Türkiyədən Rusiyaya ixrac edilən tonlarla sitrus meyvələri geri göndərilib. Muxalifet.az xəbər verir ki, Rusiya tərəfi belə bir qərar verməsinə səbəb kimi meyvə milçəyi təhlükəsini göstərib. Türkiyəli istehsalçılar isə vəziyyətin ciddi ölçüdə iqtisadi zərərlərə yol açacağını, Rusiyanın qərarını isə siyasi addım kimi səciyyələndiriblər. Qeyd edilir ki, sitrus meyvələrinin böyük hissəsi Çukurova bölgəsindən göndərilib.