İki qadın maşından düşüb avtobusun qadın sürücüsünü döydü

18-11-2018, 09:04           
İki qadın maşından düşüb avtobusun qadın sürücüsünü döydü
Ön nömrəsi olmayan çip sürücüsü və yanında oturan. yol vermədiyi iddiası ilə avtobusun qadın sürücüsünü döyüb dodağını partlatdı.

Open.az xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində meydana gəlib. Bələdiyyə avtobusunda sürücü işləyən 42 yaşlı qadın, ondan yol istəyən digər iki sürücü xanıma yol vermədiyi üçün fiziki zorakılığa məruz qalıb. Belə ki, maşını yolun ortasında saxlayaraq avtobusun yolunu kəsən qadın sürücü və yanında oturan rəfiqəsi avtobusun içərisinə daxil olaraq avtobus sürücüsünü döyərək xəsarət yetiriblər. Sərinişinlərin müdaxiləsi ilə sürücü qadınların əlindən xilas olub. İşlərini gördükdən sonra avtomobillərinə qayıdan qadınlar hadisə yerindən uzaqlaşıblar. Avtobusun sürücüsü qadın ağlayaraq polisə şikayət edib.

Polis tərəfindən saxlanılan şübhəlilər ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.