Çavuşoğlu və Quterreş ərəb jurnalistin qətl işini müzakirə ediblər

20-11-2018, 07:15           
Çavuşoğlu və Quterreş ərəb jurnalistin qətl işini müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin baş katibi Antoniu Quterriş ilə Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda jurnalist Camal Qaşıqçının qətli məsələsini müzakirə ediblər.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu BMT baş katibinin mətbuat katibi Stefan Düjarrik görüş barədə jurnalistlərə məlumat verərkən deyib.

"Çavuşoğlu və Quterriş Yəmən, Suriya və Kiprdəki vəziyyəti müzakirə ediblər, həmçinin Camal Qaşıqçının qətli mövzusuna toxunublar. Biz beynəlxalq araşdırma ilə (Jurnalistin qətli üzrə – red.) bağlı rəsmi sorğu almamışıq", - deyə o bildirib.

Düjarrik əlavə edib ki, beynəlxalq araşdırma prosesinə start vermək üçün BMT baş katibinin müvafiq səlahiyyətləri olmalıdır.

Bildirilir ki, tərəflər arasında danışıqlar bağlı qapılar arxasında aparılıb.

Türkiyənin XİN rəhbəri BMT-nin baş qərargahında keçirilən Sivilizasiyalar Alyansının VIII Qlobal Forumunda iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.

Bundan əvvəl jurnalist Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar Səudiyyə Ərəbistanının 18 vəzifəli şəxsinin Avropa İtifaqına üzv dövlətlərə, o cümlədən Almaniyaya səfəri qadağan edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.