Türkiyə İdliblə bağlı bizə siqnal ötürür - Demidenko
24-11-2018, 07:23
Bu iki ölkədə bu cür əməliyyatların necə aparıldığını bilən ciddi hərbi birliklər mövcuddur. Rusiya və Türkiyə qarşı tərəfi geri çəkilmək, bölgədən uzaqlaşmaq və beləliklə, humanitar fəlakətə son vermək məcburiyyətində qoyub. Orada çox sayda vətəndaşın yaşadığını unutmamaq lazımdır, genişmiqyaslı hərəkat başlasaydı, çox saytda mülki itki olardı.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalının Rusiya və Türkiyənin İdlibdə birgə uğuru ilə bağlı açıqlamasını dəyərləndirən Rusiya Elmlər Akademiyasının eksperti Sergey Demidenko bildirib.
Demidenko Türkiyənin İdlibdə sabitliyin qorunmasından başqa bir şeyə maraq göstərmədiyi barədə Rusiyaya siqnal verdiyini deyib.