Təbrizli deputatların israrlı tələbi: “Azərbaycan Dil Akademiyası yaradılsın”

25-11-2018, 18:41           
Təbrizli deputatların israrlı tələbi: “Azərbaycan Dil Akademiyası yaradılsın”
"Akademiyanın yaradılması üçün hökumət önəm verməlidir".

İran parlamentinin Təbrizdən seçilən deputatı Əhməd Əli Rza Beygi türk millət vəkillərinin Azərbaycan türkcəsi Dil Akademiyasının yaradılması tələbi ilə çıxış etdiklərini söyləyib.

Beynəlxalq Aşıqlar Məclisininin açılış mərasimində çıxış edən Rza Beygi Azərbaycan əyaləti deputatlarının bu akademiyanın açılması ilə bağlı tələbində israrlı olduqlarını bildirib.

Onun sözlərinə görə, Azərbaycan türkcəsi Dil Akademiyasının yaradılması ölkədəki azərbaycanlı türklərin mədəniyyət, incəsənət və ədəbiyyat irsinin qorunmasında mühüm rol oynayacaq:

“Akademiyanın yaradılması üçün hökumət önəm verməlidir. Deputat olaraq bu məsələni təqib edəcəyik”.

Qeyd edək ki, Beynəlxalq Aşıqlar Məclisinin açılışına Türkiyə, İran, Azərbaycan və Gürcüstandan 300-dən çox aşıq qatılıb.(teleqraf.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru