Şahzadə bu cavabdan ŞOKA DÜŞDÜ: Çavuşoğlu telefon söhbətinin detallarını açdı

27-11-2018, 09:44           
Şahzadə bu cavabdan ŞOKA DÜŞDÜ: Çavuşoğlu telefon söhbətinin detallarını açdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla G20 (“Böyük iyirmilik”) görüşmək istəyən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana Türkiyə liderinin verdiyi cavab məlum oldu.

Publika.az xəbər verir ki, bu haqda Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu danışıb.

“Vəliəhd şahzadə Məhəmməd bin Salman Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək sammitdə (sammiti noyabrın 30-dan dekabrın 1-dək keçiriləcək –red.) prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyir. Özü Ərdoğana telefon söhbətində görüş imkanını soruşdu. Ərdoğanın cavabı “baxarıq” oldu. Hazırda vəliəhd şahzadə ilə görüşmək üçün heç bir səbəb yoxdur”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı bildirib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanla Məhəmməd bin Salman arasında telefon danışığı oktyabrın 24-də baş tutub. Telefon söhbətində Camal Qaşıqçı cinayəti ilə bağlı aparılan istintaq və günahkarların məsuliyyətə cəlb edilməsi məsələləri müzakirə edilib.

Qeyd edək ki, səudiyyəli jurnalist oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.