Üç ölkədən regionda balansı dəyişdirəcək həmlə: mühüm məsələlər müzakirə ediləcək
27-11-2018, 12:46
Altı aylıq fasilədən sonra Türkiyə, Rusiya və İran nümayəndələri yenidən Qazaxıstanın paytaxtı Astanada bir araya gələrək, İdlibdəki atəşkəs, Konstitusiya komitəsi və həbsdə olanların azadlığa buraxılması məsələlərini müzakirə edəcəklər. Suriya ilə bağlı könüllü təminatçılar iclasının on birincisi sabah Astanada başlanacaqdır.
Hər dəfə olduğu kimi, sabah Türkiyə, Rusiya və İrandan olan mütəxəssislər öz aralarında texniki görüşlər aparacaqlar. BMT və İordaniya də müşahidəçi olaraq iştirak edəcəklər.
Bəşər Əsəd hökuməti və hərbi müxalifət heyəti də təminatçılar və müşahidəçi heyətlərlə ayrı-ayrı görüşlər keçirəcəklər.
Noyabrın 28-29-da Astanda keçirilməsi planlaşdırılan görüşdə BMT nümayəndə heyətinə Staffan de Mistura başçılıq edəcək.
Bütün tərəflərin bir arada olduğu və yekun bəyanatın oxunacağı əsas iclas isə noyabrın 29-da keçiriləcək.
Türkiyəni xarici işlər nazirinin müavini Sedat Önal, İranı xarici işlər nazirinin müavini Hüseyn Ənsari, Rusiyanı isə prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandır Lavrentyev təmsil edəcəklər. ABŞ son iki görüşə nümayəndə göndərməmişdi
Suriyadakı hərbi müxalifət heyətini keçmiş Suriya Müvəqqəti Hökumətinin başçısı Ahmet Tuma, Suriya dövlətini isə ölkənin BMT-də xüsusi nümayəndəsi Bəşşar Cəfəri təmsil edəcək.
Suriya məsələsi ilə bağlı (2017-ci ilin yanvarında başlamış) bu formatda onuncu görüş iyunun 30-31-də, Rusiyanın təşəbbüsü ilə Soçidə keçirilmişdi.
Görüşdə İdlib, Suriyanın yeni Konstitusiyası və həbsdə olanlarla bağlı məsələlər müzakirə ediləcək.
Masada İdlibdəki atəşkəs pozuntuları ilə yanaşı, 150 nəfərlik Konstitusiya komitəsini təşkil edəcək son 50 nəfərlik qrupla bağlı müzakirələrin də gündəmdə olması gözlənilir.
Müxalifətçilər və Suriya hökuməti BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Misturaya 50 nəfərlik siyahı təqdim eləsələr də, hökumətlə müxalifət arasında razılaşma əldə edilməmiş, de Mistura isə bu ayın axırında istefa edəcəyini bildirmişdi. BMT mənbələri isə onun ən azı dekabr ayının sonuna qədər vəzifəsində qalacaqlarını bildirirlər.
Həbs Edilənlərlə İş Qrupunun da 6-cı iclasını keçirməsi gözlənilir. Suriya hökumətinin həbsxanalarındaa hələ də 1500 nəfər insanın günahsız olaraq saxlanıldığı iddia edilir.
Hurriyyet.org