YPG/PKK terror təşkilatı dekabrın 5-nə qədər vaxt verdi - MENBİÇ AYAĞA QALXDI

27-11-2018, 22:19           
YPG/PKK terror təşkilatı dekabrın 5-nə qədər vaxt verdi - MENBİÇ AYAĞA QALXDI
Suriyada torpaqları YPG/PKK terrorçuları tərəfindən işğal edilən Menbiçdən olan tayfalar terror təşkilatının zorən səfərbərlik səylərinə etiraz edərək, “Uşaqlarımızı təhlükəyə atmayın” şüarı altında menbiçliləri həmrəy olmağa çağırıblar.

Birləşmiş Ştatların dəstəyi ilə 2016-cı ildən bəri Menbiç rayonunu işğal edən YPG/PKK terror təşkilatı ötən həftə rayonda yaşları 18-30 arasında olan gənclərə terror təşkilatının sıralarına qoşulmaq üçün dekabrın 5-nə qədər vaxt verib, qoşulmayanları cəzalandıracağını bildirib.

YPG/PKK terror təşkilatının bu planına etiraz edən Menbiç Tayfalar Birliyi yazılı açıqlama verərək Menbiç xalqını təşkilatın oyunlarına alət olmamağa çağırıb.

Tayfalar Birliyinin açıqlamasında menbiçlilərə xitabən deyilir: “Uşaqlarınızı təşkilatın planlarına qurban eləməyin, onları təhlükəyə və od-alova atmayın”.

Tayfaların həmişə Menbiç xalqını dəstəklədiyi ifadə edilən açıqlamada deyilir: “Rayonun daxilində və xaricində yaşayan Menbiç tayfaları olaraq silahlandırma qərarını heç bir şəkildə qəbul eləmirik. Menbiçlilərin də övladlarının təşkilatın sıralarına qoşulmasına qarşı çıxmasını istəyirik. Məruz qaldığınız zülmə və təzyiqə səssiz qalmayacağımıza söz veririk”.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.