Ramazan Kadırov məşhur türk serialının çəkilişində - VİDEO

29-11-2018, 00:00           
Ramazan Kadırov məşhur türk serialının çəkilişində - VİDEO
Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Türkiyənin TRT kanalında yayımlanan məşhur “Diriliş Ərtoğrul” serialının çəkiliş meydançasına gedib.

Teref.az publika.az-a istinadən xəbər verir ki, prezident serialda rol alan aktyorları ölkəsinə dəvət edib.

Bu barədə prezidentin özü sosial şəbəkəsi vasitəsilə açıqlama verib:

“Serialın prodüseri Mehmet Bozdağ ilə əməkdaşlıq barədə danışdıq. Serialın növbəti bölümlərində çeçen musiqilərindən istifadə etmək istədiyini bildirdi. Onları Çeçenistana dəvət etdim. Yazda gələcəklərinə söz verdilər”.

Kadırov, həmçinin, aktyorlara üzərində hər birinin adı yazılan saat, serialda “Hayme ana” obrazını canlandıran Hülya Darcana isə “Nenan Ciy” (Analıq şanı) medalı verib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru