Yıldırım bələdiyyə başçısı olmaq istəyir - Spiker səlahiyyətini dayandırır

29-11-2018, 16:46           
Yıldırım bələdiyyə başçısı olmaq istəyir - Spiker səlahiyyətini dayandırır
Türkiyə parlamentinin sədri Binəli Yıldırım səlahiyyətlərinin icrasını dayandırır.

Trend-in məlumatına görə, bu qərar onun İstanbul bələdiyyə başçısı vəzifəsinə namizədlik niyyəti ilə bağlıdır.
Hələlik onun namizədliyinin rəsmi təsdiq olunmadığı bildirilir. Bu qərarın ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Amerika səfərindən dönməsindən sonra, gələn həftə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri 2019-cu il martın 31-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru