“İŞİD-dən kənar durun!” - Rusiya, Türkiyə və İrandan Suriya müxalifətinə çağırış

30-11-2018, 05:35           
“İŞİD-dən kənar durun!” - Rusiya, Türkiyə və İrandan Suriya müxalifətinə çağırış
Saytın Qazaxıstan KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya, Türkiyə və İran İŞİD, «Cəbhə Ən-Nursə» qruplaşmalarını ləğv etmək əzmində olduqlarını təsdiqləyərək, Suriya silahlı müzalifətini bu terrorçu təşkilatlardan kənar durmağa çağırıb. Bu barədə Suriya üzrə Astanada keçirilən beynəlxalq görüşün yekunları barədə qəbul olunmuş birgə bəyanatda söhbət açılır.

««Əl-Qaidə» və ya «İŞİD» kimi terrorçu təşkilatlarla əlaqəli olan qruplaşmaların və digər şəxslərin, qrupların, müəssisələrin və təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınmış digərlərinin tam ləğvi məqsədilə əməkdaşlığı davam etdirmək əzmində olduğumuzu təsdiqlədik. Suriya silahlı müxalifətinin bütün birləşmələrini adı gedən terrorçu qruplardan ləngimədən və tamamilə kənarlaşmağa çağırırıq» – deyə, Astanadakı 11-ci Rusiya, Türkiyə, İran görüşünün yekun bəyanatında bildirilir.AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru