Türkiyəyə gətirilən qızılları yunan polisi ələ keçirdi

30-11-2018, 07:13           
Türkiyəyə gətirilən qızılları yunan polisi ələ keçirdi
Yunanıstan polisi Türkiyəyə qeyri-qanuni qızıl gətirən bir şəbəkəni saxlayıb.

Axar.az xəbər verir ki, polisin yaydığı məlumata görə, qızıllar gizli bir emalatxanada əridilərək külçələr şəklində İstanbula gətirilir və burada bəzi valyuta məntəqələrinə satılırmış.

Hesabatda bildirilir ki, hər gün sözügedən şəbəkənin 500 min avro dəyərində qızılı Afina-Selanik-İstanbul marşrutu üzrə hərəkət edən sərnişin avtobusları vasitəsilə Türkiyəyə apardığı məlum olub.

Əməliyyat çərçivəsində 63 nəfər saxlanılıb, daha 22 nəfərin axtarışı aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru