Pentaqonun Konqresə Türkiyə ilə bağlı hesabatı - Nələr yazılıb?

30-11-2018, 09:36           
Pentaqonun Konqresə Türkiyə ilə bağlı hesabatı - Nələr yazılıb?
Türkiyənin “Anadolu” agentliyi Pentaqon tərəfindən ABŞ Konqresinə göndərilən hesabatla bağlı məlumat əldə edib.

Axar.az xəbər verir ki, hesabatda Türkiyənin NATO-nun cənub-şərq qanadında xüsusi strateji əhəmiyyətə malik olduğu deyilir. Eyni zamanda qeyd edilir ki, ABŞ və Türkiyənin regiondakı maraqları üst-üstə düşür.

Sənəddə vurğulanır ki, Şimali Atlantika İttifaqında Türkiyə Silahlı Qüvvələri böyüklüyünə görə ikinci yerdədir və Ankara NATO-nun maraqları çərçivəsində hərəkət etməyə hazırdır.

Həmçinin 2 min amerikalı hərbçinin Türkiyədə yerləşdirildiyi də sənəddə yer alıb.

Bundan əlavə, Vaşinqton və Ankara arasında gərginliyin 2 faktordan qaynaqlandığı deyilib: “Paralel dövlət” terror şəbəkəsinin lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiya edilməməsi və ABŞ-ın Suriyada YPG/PYD ilə əməkdaşlığı...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru