Azərbaycan klubunun oyunlarını izləyən gizli kəşfiyyatçı – Foto

30-11-2018, 21:07           
Azərbaycan klubunun oyunlarını izləyən gizli kəşfiyyatçı – Foto
Tehranda Güney Azərbaycanın “Traktor” futbol klubunun tərəfdarlarının və milli-mədəni fəalın həbs edilməsinə göstəriş verən şəxsin adı məlum olub.

Teleqraf.com xəbər verir ki, kimliyi azərbaycanlı fəallar tərəfindən müəyyən edilən şəxsin adı Səməd Cohəridir. O, İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) Təbrizdəki təcridxanasının rəisidir.

Səməd Cohərinin fotosu noyabrın 25-də Tehranda (“Azadi” stadionu) “Traktor”-“Perspolis” görüşündə çəkilib.

Məlum olub ki, Cohəri həmin görüşdə həmkarları ilə birlikdə xüsusi fəallıq göstərən “Traktor” tərəfdarlarını müəyyənləşdirməyə çalışıb.

Onun “Traktor”un bütün görüşlərində gizli şəkildə iştirak etdiyi də iddialar arasında yer alıb.

Qeyd edək ki, futbol klubları arasındakı görüşdə “Perspolis” tərəfdarları “Artsax” sözü yazılmış banner nümayiş etdirərək, Azərbaycana qarşı işğalçı Ermənistana dəstək veriblər.

Həmçinin azərbaycanlıların ünvanına təhqiramiz şüarlar səsləndiriblər. “Perspolis” tərəfdarlarının bu addımı Güney Azərbaycanda etirazlara səbəb olub.

Qarşılaşmada çəkilmiş fotonu təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru