Azərbaycanlı tələbələrdən UNİKAL PROTEST - İran universitetlərində etiraz aksiyaları tüğyan edir

5-12-2018, 11:12           
Azərbaycanlı tələbələrdən UNİKAL PROTEST - İran universitetlərində etiraz aksiyaları tüğyan edir
Təbrizin Səhənd Sənaye Universitetinin tələbələri bundan əvvəl irəli sürdükləri tələblərin təmin edilmədiyinə etiraz olaraq aksiya keçiriblər.

Publika.az xəbər verir ki, tələbələr bu məqsədlə dekabrın 4-də bir araya gələrək “Qeyrətli tələbə; etiraz, etiraz” və “Tələbə ölər, zilləti qəbul etməz” şüarları səsləndiriblər.

Onlar, həmçinin, universitetdə verilən qidaların keyfiyyətinə etiraz edərək yeməklə dolu qabları universitetin həyətinə düzüblər. Etirazçılar universitetin məsul şəxslərini onların tələblərinə laqeyd yanaşmaqda günahlandırıblar. Onlar, əsasən, İran hökumətinin universitetdə tətbiq etdiyi bəzi siyasətlər, universitetin verdiyi xidmətlərin zəifliyi və bir çox xidmətlərin ödənişli olmasını protest edib.

Buna bənzər etirazlar Tehranın Əmir Kəbir Sənaye Universiteti və Əllamə Təbatəbayi, həmçinin, Kirmanşahın Razi Universitetində də təşkil edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru