Çin hakimiyyəti BMT rəmisini uyğurların saxlanıldığı düşərgəyə buraxmır

5-12-2018, 18:40           
Çin hakimiyyəti BMT rəmisini uyğurların saxlanıldığı düşərgəyə buraxmır
“Çin hakimiyyətinin Sincan Uyğur Muxtar Rayonunda müsəlman azlıqların saxlanıldığı və rəsmi Pekinin təlim mərkəzi kimi təqdim etdiyi düşərgəyə giriş yolları axtarırıq”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu BMT-nin İnsan Hüququları üzrə məsul şəxsi Mişel Baçelet bildirib.

Bildirilib ki, Çin uyğur türklərini kütləvi düşərgələrdə saxlayır və orada beynəlxalq təşkilatların müşahidə aparmasına icazə vermir.

Qeyd edək ki, rəsmi Pekin həmin düşərgələri siyasi-ideoloji təlim düşərgəsi kimi təqdim edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru