Çin və Türkiyə ikitərəfli əməkdaşlığı geniləndirmək niyyətindədir - Çin XİN

6-12-2018, 07:11           
Çin və Türkiyə ikitərəfli əməkdaşlığı geniləndirmək niyyətindədir - Çin XİN
Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının sədri Li Ketsyan və Türkiyə Cümhuriyyəti (TC) parlamentinin spikeri Binəli Yıldırım iki ölkə arasında ticarət, investisiya və infrastruktur tikintisi sahələri üzrə gələcəkdə əməkdaşlığın genişləndirilməsi əzmində olduqlarını dilə gətiriblər.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin xəbərində söhbət açılır.

Li Kestyanla Yıldırımın görüşü bu ərəfədə Pekində baş tutub.
«Çin tərəf qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığı bütün səviyyələrdə gücləndirməyə, gələcəkdə ikitərəfli sağlam əməkdaşlıq münasibətlərini irəli aparmağa hazırdır» – deyə, Li Ketsyan edib.

O, qeyd edib ki, praktik əməkdaşlıq üçün iki ölkənin nəhəng perspektivləri var. Çinli sədr «Bir qurşaq, bir yol» təşəbbüsünü Türkiyənin inkişaf strategiyası ilə uzlaşdırmağa hazır olduğunu və ikitərəfli ticarətin balanslaşdırılmış inkişafına dəstək verəcəklərini bildirib.
Yıldırım isə öz növbəsində, qeyd edib ki, Türkiyə və Çin – strateji əməkdaşlıq sahəsində əhəmiyyətli həmkardırlar. O, Türkiyə tərəfinini Çin ilə münasibətlərin dolğunlaşdırılmasına və inkişaf etdirilmsəsinə, infrastruktur, ticarət və investisiya sferalarında həmkarlıq münasibətlərinin dərinləşdirilməsinə hazır olduğunu ifadə edib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru