Türkiyədə polis rəisi silahlı hücumda öldürüldü - Atəş açan da polisdir...
11-12-2018, 17:57
Türkiyənin Rizə vilayətinin polis rəisi Altuğ Verdi silahlı hücum nəticəsində öldürülüb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, silahlı hücum yol polisi tərəfindən idarənin binasında həyata keçirilib. Hadisə zamanı daha 2 polis əməkdaşı yaralanıb.
Yaralı polislər xəstəxanaya yerləşdiriliblər. Polis binası və ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.