Rusiya Türkiyəyə yüksək dəqiqliyə sahib nüvə saatlarının istehsalında yardım edəcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Texniki Tənzimləmə və Metrologiya İnstitutundan verilən məlumatda bildirilib.
Qeyd edək ki, sözügedən saatlar kosmos, elm, yüksək texnologiyalı sənaye sektoru və telekommunikasiyada zaman və tezlik sahələrinin doğruluğunu müəyyən etmək məqsədi ilə istifadə edilir.