Türkiyənin ABŞ-dakı səfirliyinin 3 əməkdaşı həbs oluna bilər

12-12-2018, 12:13           
Türkiyənin ABŞ-dakı səfirliyinin 3 əməkdaşı həbs oluna bilər
Türkiyənin Vaşinqtondakı səfirliyində iki diplomat və bir inzibati məmur barəsində istintaq başladılıb. Teref.az "Sputnik"ə istinadən bildirir ki, hər 3 şəxs "FETÖ" şəbəkəsi ilə yaxın münasibətdə ittiham olunur.

Barəsində istintaq başladılanlar səfirin müşaviri Cum Ulusoy, mətbuatla əlaqələr vəzifəsini icra edən Cəlil Ərdoğan və onun həyat yoldaşı, eyni zamanda inzibati məmur olan Mehtap Ərdoğandır.

"Hürriyyət" qəzetinin suallarını cavablandıran səfirlik mənbələri, sözügedən şəxslərin inzibati qərarla səlahiyyət müddətləri başa çatmamış Ankaraya çağırdıqlarını təsdiqləyib.

"Sentyabrda geri qayıtmalı olsq da, indidən Ankraya çağırdılar. Səbəbi haqqında bizim də məlumatımız yoxdur. Qəribə və çətin bir dövrdən keçirik. Xeyirlisi",-deyə Cəlil Ərdoğan Türkiyə mediasına açıqlama verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru