Türkiyədə ildırım vuran neft kəməri hansıdır? - Video

13-12-2018, 07:42           
Türkiyədə ildırım vuran neft kəməri hansıdır? - Video
Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonunda neft borusunu ildırım vurub.

Axar.az xəbər verir ki, hadisə nəticəsində xam neft yaşayış sahələrinə doğru axmağa başlayıb.

Məlumata görə, bir məhəllə tamamilə boşaldılıb və əraziyə texniki vasitələr cəlb edilib.

Olayla bağlı vətəndaşlara xəbərdarlıq ünvanlanıb.

***

İldırım düşən neft borusunun BOTAŞ-a aid olduğu bildirilib.

Yaxınlıqdakı məhəllədə 34 ev təxliyə edilib.

Ərazidə Fövqəladə Hallar İdarəsi və BOTAŞ əməkdaşları baş vermiş olayın fəsadlarını aradan qaldırmağa çalışır.

Qeyd edək ki, Bakı-Ceyhan neft boru kəmərinin Türkiyədən keçən hissəsinin operatoru da BOTAŞ şirkətidir.

***

İldırımın vurduğu boru xəttinin Kərkük-Yumurtalıq kəmərinə aid olduğu məlum olub.

Neft axıntısına görə hər hansı partlayış, yaxud yanğın təhlükəsinin olmadığı deyilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru