AKP-dən Kılıçdaroğluna Netanyahu - Cavabı

27-12-2018, 08:24           
AKP-dən Kılıçdaroğluna Netanyahu - Cavabı
Bu qədər məsuliyyətsiz, qeyri-ciddi partiya başqanı ola bilərmi? Netanyahu ilə simulyasiya edir, "Sən məni tənqid et, mən səni tənqid edim. Beləliklə, seçkilərdə qalib gələk", deyən biri siyasətdən kənara çıxıb.

Axar.az xəbər verir ki, bunu CHP başqanı Kamal Kılıçdaroğlunun Ərdoğan-Netanyahu arasındakı söz atışmasına münasibət bildirməsi barədə danışan AKP sözçüsü Ömər Çelik deyib.

"Artıq bu açıqlamalar siyasət elminin mövzusu olmaqdan çıxıb, bu, psixologiya məsələsidir. Bununla əlaqədar psixoloqlardan şərh almaq daha faydalı olar. Prezidentimiz Netanyahunun o insanları qətlə yetirməsinə qarşı ən güclü mövqe sərgiləyir", - Çelik qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru