Türkiyəli müəllim Xocalı qətliamına heykəl həsr etdi - FOTO / VİDEO

30-12-2018, 08:11           
Türkiyəli müəllim Xocalı qətliamına heykəl həsr etdi - FOTO / VİDEO
Türkiyənin Fərat Universitetinin müəllimi metal tullantılarından unikal heykəl düzəldib. Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, universitet müəllimi Rühçan Keçeci metaldan Xocalı qətliamında qətlə yetirilən hamilə bir qadının heykəlini yaradıb.

Keçeci əsərinə “Körpənin səssiz harayı” adını verib. Əsərdə erməni əsgərlərinin təcavüzünə uğradıqdan sonra süngü ilə kürəyindən vurulan hamilə qadın təsvir edilib.

O bildirib ki, bu, 26 fevral 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Xocalıda qətlə yetirilən 613 insanın xatirəsinə ithaf olunub.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru