Merkel və Ərdoğan telefonla Suriya məsələsini müzakirə ediblər

30-12-2018, 20:23           
Merkel və Ərdoğan telefonla Suriya məsələsini müzakirə ediblər
Almaniya kansleri Angela Merkel bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbəti edib. Danışıqlar zamanı Suriyadakı vəziyyət diqqət mərkəzində olub.

TASS xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Martina Fits deyib.

"Kansler Türkiyənin, xüsusilə Suriya qaçqınlarının qəbulu məsələsində rolunu qeyd edib və ümid etdiyini bildirib ki, Türkiyə Amerika qoşunlarının Suriyadan çıxarılmasına təmkinini qoruyaraq və məsuliyyət dərk edərək reaksiya verəcək", - deyə o bildirib.

Merkel həmçinin qeyd edib ki, İŞİD terror təşkilatı hələ də, əhəmiyyətli dərəcədə təhlükəlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru