Türkiyədə Yeni il axşamı terror aktı törətməyə cəhd edən şəxslər saxlanılıb

2-01-2019, 18:34           
Türkiyədə Yeni il axşamı terror aktı törətməyə cəhd edən şəxslər saxlanılıb
Türkiyədə Yeni il bayramı münasibətilə keçirilən tədbirlərdə partlayış törətmək istəyən şəxslər saxlanılıb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, İŞİD üzvü olan terrorçular ölkənin Kayseri rayonunda tutulublar.

Kayseri rayon Polis idarəsindən bildirilib ki, terrorçular rayona Fransadan gəliblər və məqsədləri Yeni il axşamı terror aktı törətmək olub. Saxlanılan şəxslərdən birinin Murad Y, digərinin isə onunla birlikdə yaşayan Mərakeş vətəndaşı Nadia Y. olduğu açıqlanıb.

Polis onların yaşadıqları ünvanda axtarış aparıb, müxtəlif sənədlər götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru