Türkiyənin keçmiş baş naziri yeni partiya qurur - Ərdoğandan SƏRT SÖZLƏR

27-02-2019, 15:26           
Türkiyənin keçmiş baş naziri yeni partiya qurur - Ərdoğandan SƏRT SÖZLƏR
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni partiya qurur.

BakuPost Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş baş nazir bununla bağlı martın sonunda bəyanat yayacaq. Partiya isə rəsmən senytyabr ayında elan ediləcək.

Bildirilir ki, yeni qurulacaq partiyada Türkiyənin keçmiş prezidenti Abdullah Gülün də olacağı deyilsə də, bu məlumatlar təsdiqini tapmayıb. Bununla belə, Davutoğlunun keçmiş partiyası AKP-dən bir sıra fiqurların, keçmiş nazirlərin yeni partiyada yer alacağı indidən bəllidir.

Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan ötən gün ad çəkmədən Davudoğlunu tənqid edərək, "AKP-ni bəyənməyib, özlərinə başqa yollar axtaranlar var. Birlikdə yola çıxdığımız insanlar indi bizim vaqondan düşüb, başqa vaqona minir” demişdi.

Xatırladaq ki, Davutoğlu Ərdoğanın Türkiyə prezidenti seçilməsindən sonra bir müddət AKP sədri və baş nazir vəzifələrini icra etmişdi. Lakin daha sonra Ərdoğanla siyasi toqquşmaya getmiş və president onu AKP-dən qovmuşdu. Davudoğlundan sonra isə onun yerinə Binəli Yıldırım AKP sədri və baş nazir olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru