Xəstəxanada şok hadisə - Məlumatlandırma monitorunda porno video göstərdilər

27-02-2019, 20:15           
Xəstəxanada şok hadisə - Məlumatlandırma monitorunda porno video göstərdilər
Türkiyənin Kocaleli şəhərində yerləşən Dövlət Xəstəxanasında biabırçı hadisə baş verib.

Xəstəxananın Təcili Tibbi Yardım bölməsinin labaratoriya heyətindən bir nəfər öz iş kompüterində intim video açıb.

Lakin bu video xəstələri məlumatlandırma ekranına da ötürülüb. Görüntüləri görən vətəndaşlar tibbi heyətdən şikayət edib və onlar polis tərəfindən saxlanılıb.

Polisə ifadə verən texniki işçi film izləmək istədiyini, lakin internet səhifəsinin avtomatik olaraq pornoqrafik video açdığını bildirib.

Faktla bağlı istintaq işi açılıb.(publika.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.