İstanbul boğazında gecəyarısı QORXUNC GÖRÜNTÜLƏR: Onlarla döyüş gəmisi...

2-03-2019, 12:24           
İstanbul boğazında gecəyarısı QORXUNC GÖRÜNTÜLƏR: Onlarla döyüş gəmisi...
Türkiyə Hərbi-Dəniz Qüvvələrinin 3 dənizdə eyni zamanda gerçəkləşdirdiyi “Mavi Vətən 2019” təlimləri başa çatıb.

Publika.az xəbər verir ki, təlimlərdə iştirak edən 103 hərbi gəmi İstanbul boğazından keçid edib.

Aralıq, Egey və Qara dənizi əhatə edən təlimlərdə keçidlərini tamamlayan döyüş gəmiləri Qara dənizə doğru yol alıb.

Qeyd edək ki, “Mavi Vətən 2019” Türkiyənin respublika tarixində həyata keçirdiyi ən böyük hərbi təlimdir. Təlimlərin keçirilmə məqsədi Hərbi-Dəniz Qüvvələrinə bağlı birlik, gəmi və dəniz-hava vasitələrinin hərəkata hazırlıq səviyyəsini artırmaq və onları ssenarilərə, yerli coğrafiyaya uyğunlaşdırmaqdır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru