Türkiyə ilə açıq qarşıdurmaya girməyəcəyik - Xristodulides

3-03-2019, 09:21           
Türkiyə ilə açıq qarşıdurmaya girməyəcəyik - Xristodulides
Cənubi Kipr Türkiyə ilə açıq qarşıdurmaya daxil olmayacaq.

Axar.az xəbər verir ki, bunu "Ekson Mobil" şirkətinin kəşfinə görə Ankaranın narahat olub-olmamasına cavab verən Cənubi Kipr Xarici İşlər naziri Nikos Xristodulides deyib.

"Türkiyənin bölgədəki hadisələri Kipr probleminin həllinə vəsilə olacaq şəkildə şərh edəcəyinə ümid edirik. Bu o deməkdir ki, Türkiyə bu olaylardan regional və ya Avropa Birliyi ilə işbirliyi şəklində fayda əldə edə bilər", - deyə bildirib.

Qeyd edək ki, iki gün əvvəl "Ekson Mobil" şirkəti Cənubi Kiprin xüsusi iqtisadi zonasının 10-cu blokunda böyük təbii qaz yatağı aşkar edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru