Türk nazir “Rabia” və “Bozqurd” işarəti göstərmək üçün Avstriyaya gedir

3-03-2019, 15:31           
Türk nazir “Rabia” və “Bozqurd” işarəti göstərmək üçün Avstriyaya gedir
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Avstriyaya gedərək “Rabia” və “Bozqurd” işarəti göstərəcəyini açıqlayıb. AzEuroNews.com xəbər verir ki, xarici işlər naziri bunu seçki kampaniyasıda iştirak edən zaman söyləyib.

“Avstriya PKK simvollarını qadağan edəcəyini söyləmişdi. Bir də gördük ki, “Rabia” və “Bozqurd”u da qadağan ediblər. Xarici işlər naziri olaraq deyirəm, Avstriyaya gedib bir əlimlə “Rabia”, digər əlimlə “Bozqurd” işarəti göstərəcəm. Biz qadağalarla mübarizə üçün gəldik”-deyə xarici işlər naziri vurğulayıb.

Məlumat üçün qeyd eədk ki, ötən gün Avstriyada “Rabia” və “Bozqurd” işarətlərinin qadağan edilməsi ilə bağlı qanun qüvvəyə minib. Avstriyada “İrqçilik və siyasi islam”la mübarizə üçün qəbul edilən qanuna əməl etməyənləri 4 min avro pul cəriməsi və ya bir aya qədər həbs cəzası gözləyir.

“Simvol qadağası” qanununda təkcə “Bozqurd” işarəti yox, eyni zamanda Misirdəki Müsəlman Qardaşlara aid “Rabia”, Hizbullah, Həmas və PKK terror təşkilatına aid simvollar və işarətlərin qadağan edilməsi də yazılıb.

Qanunda vurğulanır ki, qadağanın təkrar edilməsinə görə 10 min avro pul cəriməsi, 6 ay isə həbs cəzası nəzərdə tutulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.