Türkiyənin müxtəlif şəhərlərində FETÖ-çulara qarşı əməliyyat keçirilib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı "Sabah" qəzeti yayıb.
Belə ki, İstanbul, Bartin, Van, Qaziantep, Bursa və digər şəhərlərdə FETÖ-nun "hərbi qanadı"na qarşı aparılan əməliyyat çərçivəsində 10 şübhəli həbs edilib.
Həbs edilənlər arasında yüksək vəzifəli şəxslərin də olduğu deyilir.