SON DƏQİQƏ: proqnoz doğru çıxdı, Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ, yaralananlar var - FOTO

20-03-2019, 16:04           
SON DƏQİQƏ: proqnoz doğru çıxdı, Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ, yaralananlar var - FOTO
Türkiyənin qərbindəki Dənizli vilayətində baş verən zəlzələ nəticəsində üç nəfər yüngül xəsarətlər alıb.

Publika.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər Agentliyinin məlumatında bildirilir.

***

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, bu səhər Türkiyədə baş verən zəlzələ 6,2 maqnitudada olub.

Publika.az xəər verir ki, yeraltı təkanların episentri İzmir şəhərindən 236 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 27 km dərinlikdə olub.

***
Türkiyədə yeraltı təkanlar qeydə alınıb.

Publika.az xəbər verir ki, Dənizli bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib. Zəlzələdən dərhal sonra 4,5 və 4,8 bal gücündə avterşoklar olub.

Zəlzələnin episentri isə 11,36 km dərinlikdə olub.

Yeraltı təkanlar qonşu şəhərlərdə də hiss edilib. Hadisə nəticəsində taxta evlərdə və hündür binalarda çatlar meydana gəlsə də, tələfat qeydə alınmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.