Paytaxtın adının dəyişdirilməsinə ETİRAZLAR BAŞLADI

20-03-2019, 20:48           
Paytaxtın adının dəyişdirilməsinə ETİRAZLAR BAŞLADI
Paytaxt Astananın adının dəyişdirilməsi və Nursultan adlandırılmasına etirazlar başlayıb.

Cebhe.info xəbər verir ki, ölkənin birinci prezidenti Nursultan Nazarbayevin şərəfinə Nursultan adlandırılmasından sonra gopetition.com saytında petisiya yerləşdirilib. Petisiya yerləşdirildikdən dərhal sonra qısa müddətdə 10 min nəfər imzalayıb. Yerli vaxtla 19.00-da sənədi imzalayanların sayı 13,6 min nəfər olub.

Petisiyanı imzalayanlar paytaxtın adının dəyişdirilməsinə etiraz ediblər.
Onlar bunu hüquqlarının pozulması kimi dəyərləndirib və rəylərini nəzərə almağı tələb ediblər. Sənəd sahibləri qeyd ediblər ki, bir çox sahələrdə büdcə vəsaitinin çatışmadığı bir zamanda paytaxtın adının dəyişdirilməsi həddən artıq əlavə vəsait tələb edəcək.

Astana adının brend olduğunu deyən petisiya sahibləri beynəlxalq arenada onun nüfuzunun aşağı salnmasına qarşı çıxıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.