Rusiyadan S-400 və F-35 açıqlaması: “Türkiyə ilə alternativlər barədə danışmağa hazırıq”
24-04-2019, 16:49
ABŞ Türkiyəni F-35 proqramından çıxarmaq təhdidlərini davam etdirdiyi bir zamanda Rusiyanın müdafiə texnologiyaları təşkilatının nümayəndəsi mühüm bir açıqlama verib.
Rusiya dövlət müdafiə sənayesi şirkəti olan “Rosoboroneksport”un direktoru Aleksandr Mixeyev Rusiyanın Türkiyəyə F-35-lərin yerini tuta biləcək alternativ hərbi təyyarələri təklif eləməyə hazır olduğunu deyib: “Əgər Türkiyə tərəfi bu məsələ ilə bağlı bizə müraciət edərsə, imkanlarımız daxilində Rusiya hərbi təyyarələri barəsində məsləhətləşməyə hazırıq”.
Mixeyev S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə verilməsinin birinci mərhələsinin bu ilin iyul ayında başlanacağını bildirib.