Tacikistan vətəndaşı Firuzə Əhmədova İstanbulda qətlə yetirilib.
Trend-in Milliyyət-ə istinadən verdiyi məlumata görə, hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.
Məlumatda bildirilir ki, insident İstanbulun Fatih rayonunda baş verib. 34 yaşlı Firuzə Əhmədova evində ölü tapılıb. Bununla bağlı polis araşdırmaya başlayıb. Hadisə ilə əlaqədar 3 Əfqanistan vətəndaşı saxlanılıb.