Türkeşin həyat yoldaşından şok ittihamlar

19-11-2015, 19:59           
Türkeşin həyat yoldaşından şok ittihamlar
MHP Türkeşin əsəridir. Onun mirası tamamilə məhv edilib. MHP-nin yaratdığı boşluq Türkiyəni bu çətinliklərə salıb.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) məşhur lideri Alparslan Türkeşin həyat yoldaşı Seval Türkeş çıxış edib.
Onun sözlərinə görə, MHP-nin HDP ilə eyni sırada oturması millətçilər arasında böyük ruh düşkünlüyünə səbəb olub:
Türkeşin şübhəli ölümü
“MHP-nin Məclisdə daha əvvəl HDP-nin oturduğu sıralarda oturması ictimaiyyətdə kədər yaradıb. MHP-nin bu halına hamı kimi mən də üzlürəm. MHP öz missiyasından çıxıb. Xəfiyyə təşkilatlarının nəzarəti altındadır. Partiya əsas məqsəddən çox uzaqdır. Hələ MHP və Türkeş ailəsinə qarşı aparılan əməliyyatlardan söz açmıram. Bizi çox sıxışdırıblar. Türkeşin ölümü də şübhəli ölümdür. Hələ ictimaiyyətə açıqlamamışıq. Türkeş öldükdən sonra mənə qarşı çox böyük təzyiq oldu.
Öcalan sağ buraxılsa…
Türkeşin varisi və həyat yoldaşı olduğuma görə, məni hər yerdə sıxışdırırdılar. MHP indi layiq olmayan əllərdədir. MHP Türkeşin ölümündən sonra başqa qüvvələrə təhvil verildi. Türkeş, “Abdullah Öcalan sağ buraxılmayacaq. Əgər belə olmasa, parçalanma davam edəcək”, – demişdi.
Türkeş yaşasaydı…
Necə planlaşdırıldığını açıqlayacağam. 18 ildir ki, mübarizə aparıram. MHP Türkeşin əsəridir. Onun mirası tamamilə məhv edilib. MHP-nin yaratdığı boşluq Türkiyəni bu çətinliklərə salıb. Türkeş yaşasaydı, belə olmazdı. Türkiyəni Yaxın Şərqə çevirməyə çalışırlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.