Polis qeyri-leqal əldə edilən 3 milyonu ələ keçirdi

10-11-2019, 07:54           
Polis qeyri-leqal əldə edilən 3 milyonu ələ keçirdi
İstanbulda qeyri-leqal fəaliyyət göstərən mərc oyunları şəbəkəsində polis tərəfindən əməliyyat həyata keçirib. Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, əməliyyat zamanı ümumilikdə 41 şəxs saxlanılıb.

Məlumata görə, şübhəlilər pulları lüks bir mənzildə paltar şkafında gizlədiblər. Əməliyyat zamanı şkafdan 3 milyon 128 min lirə (təxminən 900 min AZN) pul ələ keçirilib.

Qeyd olunur ki, İstanbul Kiber Hücumlara Qarşı Mübarizə Şöbə Müdürlüyü həmin şəbəkə üzvlərini 6 ay izləyib. İstintaq zamanı şübhəlilərdən birinin FETÖ üzvü olduğu da ortaya çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru