Braziliyadan rəqqasələr gətirdi, helikopter aldı, restoran bağlatdı – Milyonçunun ad günü

19-12-2019, 18:00           
Braziliyadan rəqqasələr gətirdi, helikopter aldı, restoran bağlatdı – Milyonçunun ad günü
Türkiyədə məşhur iş adamının həyat yoldaşına bahalı doğum günü hədiyyəsi gündəm olub.
Yeniavaz.com sozcu.com.tr-yə istinadla xəbər verir ki, Türkiyənin məşhur iş adamlarından Ozan Baran milyonlarla dollar pul xərcləyərək həyat yoldaşı Sürəyya Yalçının ad gününü qeyd edib. Milyarder iş adamı Braziliyadan 10 nəfərlik rəqs qrupu çağırıb. Böyük bir restoran bağladan Ozan Baran həyat yoldaşına 8 milyon dollar dəyərində helikopter hədiyyə edib.
Qeyd edək ki, Sürəyya Yalçının atası dünyanın ən varlı şəxsləri sırasına daxil olmuş Faruk Yalçındır. Uzun illər "Fənərbağça" futbol klubunun prezidenti olmuş Əziz Yıldırımın bacısı qızıdır. Ozan Baran isə "BOS Group" adlı şirkətin sahibidir. ABŞ-da biznes fəaliyyəti ilə məşğuldur və lüks həyatı ilə tez-tez xarici mətbuatda xəbərləri çıxır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru