Müsəlman ölkəsi hərəkətə keçdi: türklərlə bağlı araşdırma

30-12-2019, 17:33           
Müsəlman ölkəsi hərəkətə keçdi: türklərlə bağlı araşdırma
Malayziya hökuməti Çinin Sincan bölgəsində uyğur türklərinə tətbiq olunan təzyiq siyasəti ilə bağlı araşdırma aparacaq.

Axar.az xəbər verir ki, bu barədə Malayziya Xarici İşlər naziri Seyfəddin Abdullah deyib.

O bildirib ki, bölgədə uyğur türklərinə zülm edilməsi iddialarını araşdırmaq üçün hökumət Beynəlxalq İslami Düşüncə və Mədəniyyət İnstitutuna tapşırıq verib:

“Malayziya bu məsələdə nə Çin hökumətindən gələn hesabatları kor-koranə təsdiqləyəcək, nə də açıq şəkildə Çini tənqid edəcək. Biz orada yaşananlarla bağlı iddiaların gerçək olmasından əmin olmaq istəyirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru