Türkiyədə 5,6 bal gücündə zəlzələ oldu - Dağıntılar var

23-01-2020, 02:34           
Türkiyədə 5,6 bal gücündə zəlzələ oldu - Dağıntılar var
Türkiyənin Manisa vilayətində ard-arda 3 zəlzələ olub.

Yeniavaz.com xəbər verir ki, yerli vaxtla 22:22-də Akhisar rayonunda 5,6 bal gücündə, 22:25-də 4,4 bal gücündə, 22:48-də Kırkağaç rayonunda 4,1 bal gücündə zəlzələ olub.

Zəlzələ İstanbul, Bursa, İzmir, Afyon, Uşaq kimi bir çox şəhərlərdə hiss edilib.

Akhisar rayonunda binalardan birinin çökdüyü deyilir. Hələlik yaralılar və digər dağıntılar barədə məlumat yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.