Türkiyədəki zəlzələdən sonra Avropa Birliyindən “Copernicus” qərarı

26-01-2020, 10:06           
Türkiyədəki zəlzələdən sonra Avropa Birliyindən “Copernicus” qərarı
Avropa Birliyi Türkiyənin Elazığ vilayətində baş verən 6,8 bal gücündəki zəlzələdən sonra “Copernicus” peyk görüntü sistemini aktivləşdirib.

Publika.az xəbər verir ki, bu barədə Avropa Birliyindən məlumat verilib. Bildirilib ki, qurum Türkiyənin tələbindən sonra peyk görüntü sistemini aktiv edib. Məlumata görə, bu addım xilasetmə əməliyyatlarına dəstək üçün atılıb.

Açıqlamaya görə, Avropa Birliyi Türkiyədəki vəziyyəti yaxından izləyir və əlavə dəstək verməyə hazırdır.

Qeyd edək ki, Elazığda baş verən 6,8 bal gücündəki zəlzələ nəticəsində 31 nəfər həyatını itirib. 1556 nəfər xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru