13-cü Rusiya-Türkiyə Müharibəsi Suriyada başlaya bilər?

5-02-2020, 02:38           
13-cü Rusiya-Türkiyə Müharibəsi Suriyada başlaya bilər?
Türkiyə ilə Rusiya arasında Suriyanın İdlib bölgəsində 5 türk hərbçisi və 3 dinc sakinin ölümü ilə nəticələnən insidentdən sonra yaşanan gərginlik davam edir.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Türkiyə hadisəni Bəşər Əsəd qüvvələrinin törətdiyini və bölgədəki Rusiya qoşunlarının onlara dəstək verdiyini bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə münasibətləri gərginləşdirmək istəmədiklərini amma Suriya ordusuna cavab zərbələri endirən zaman Moskvanın buna mane olduğunu demişdi:

"Bizə hazırkı mərhələdə Rusiya ilə münaqişəyə yaxud gərginliyə daxil olmaq lazım deyil. Ortaq strateji layihələrimiz var və S-400 raketin alınmasından imtina etməyimizdən söhbət belə gedə bilməz. Amma Əsəd qüvvələrinə qarşı cavab zərbələri zamanı bizə mane olmasınlar, yolumuzu kəsməsinlər'- deyə Ərdoğan söyləyib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə İdlib vilayəti ilə bağlı Ankaranın Moskva ilə əldə etdiyi bir sıra razılaşmaları pozduğu deyib. O, Ankaranın bölgədə özünə yaxın qruplaşmalarla terrorçu birliklər arasında fərq görmədiyini, Türkiyə ordusunun İdlibde yeni mövqelər qurduğunu və İdlibdə 10-20 kilometr enində təhlükəsizlik zonasının yaradılmamasini misal çəkib. O, İdlibdən Liviyaya silahlı dəstələrin göndərilməsi barədə məlumatı da həyəcanlı adlandırıb. Beləliklə, Ankara ilə Moskva arasında Suriya ilə bağlı kəskin böhran yaşanır. Xatırladaq ki, Rusiya ilə Türkiyə tarixdə 12 dəfə müharibə ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.