Rusiya ilə Türkiyə arasında İdlibdəki gərginliklə bağlı müzakirə bitdi –XİN 3 saatlıq görüş haqda məlumat yaydı

9-02-2020, 01:12           
Rusiya ilə Türkiyə arasında İdlibdəki gərginliklə bağlı müzakirə bitdi –XİN 3 saatlıq görüş haqda məlumat yaydı
Ankarada olan Rusiya nümayəndə heyətinin İdliblə bağlı Türkiyə tərəfi ilə görüşü başa çatıb.

Türkiyənin Xarici İşlər Nazirliyinin verdiyi xəbərə görə, 3 saat davam edən heyətlərarası görüşdə İdlibdəki vəziyyət, regionda sabitliyin təmin olunması və siyasi prosesin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Türkiyənin Xarici işlər nazirinin müavini Sədat Önalın rəhbərliyi ilə aparılan danışıqlarda Türkiyənin Müdafiə Nazirliyinin, Baş Qərargahın və Milli Təhlükəsizlik İdarəsinin yüksək çinli rəsmiləri iştirak edib. Rusiya tərəfindən isə görüşə Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Sergey Verşinin və Rusiya Prezidentinin Suriya üzrə xüsusi təmsilçisi, səfir Aleksandr Lavrentyevin rəhbərliyi altında hərbi və milli təhlükəsizlik üzrə nümayəndələr qatılıb.

Nazirlikdən bildirilib ki, Rusiya tərəfi ilə görüş gələn həftə də davam edəcək.

Qeyd edək ki, fevralın 3-də Türkiyə Silahlı Qüvvələrinin İdlibdə olan müşahidə nöqtələrinə açılan atəş nəticəsində Türkiyə ordusunun 8 hərbiçisi şəhid olub.

Rusiyalı və Türkiyəli diplomatların birgə müzakirələrindən sonra Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin bu məsələ ilə əlaqədar yenidən görüşəcəyi gözlənilir/APA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru