Türkiyədə təhlükəli terrorçu məhv edilib - FOTO

9-02-2020, 01:14           
Türkiyədə təhlükəli terrorçu məhv edilib - FOTO
Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkə daxilində həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/KCK terror təşkilatının təhlükəli üzvlərindən olan Ömər Oran zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan “Bager” ləqəbli terrorçunun yaxalanması üçün 500 min lirə (təxminən 85 min ABŞ dolları) məbləğində mükafat nəzərdə tutulub.

O, Ərzurum bölgəsində keçirilən antiterror əməliyyatında məhv edilib. Terrorçu zərərsizləşdirilən zaman silahlı olub(azərtac).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru