Qazaxıstandakı kütləvi dava hansı səbəbdən baş verib? - Açıqlama

9-02-2020, 01:17           
Qazaxıstandakı kütləvi dava hansı səbəbdən baş verib? - Açıqlama
“Jambıl vilayətində 8 nəfərin ölümü ilə nəticələnmiş kütləvi dava məişət xarakteri daşıyır və heç bir milli məsələdən qaynaqlanmır”.

“Qafqazinfo” “İnterfaks”a istinadla xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Berdibek Saparbayev deyib:

“Biz hamımız Qazaxıstan vətəndaşıyıq. Burada heç bir milli münaqişədən söhbət gedə bilməz. Məişət münaqişəsi olub və hadisə təxribatçılar tərəfindən istifadə olunaraq başqa müstəviyə keçirilib. Bizim vəzifəmiz əhalinin təhlükəsizliyini və asayişin qorunmasını təmin etməkdir. Dünənki faciə təkrarlanmamalıdır. Bunun üçün regiona hökumət komissiyası və hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib. Xahiş edirəm, sakitliyi qoruyun”.

Jambıl vilayətinin akimi Askar Mırzahmetov davada 1000 nəfərədək insanın iştirak etdiyini bildirib. O, Aukat şəhərində saxlanılan 44 nəfərin sərbəst buraxıldığını, 137 nəfərin həkimə müraciət etdiyini, onlardan 37-sinin xəstəxanaya yerləşdirildiyini, 9 nəfərin reanimasiyada olduğunu deyib.

Kütləvi toqquşmalar zamanı 30-dan çox fərdi ev, 15 ticarət obyekti, 23 avtomobil yandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru